Riçard Kebral
Aktyor
Riçard Kebral – amerikalı aktyor, yazıçı və musiqiçidir. “Amerika Cinayəti” serialında oynadığı rola görə “Emmi” mükafatı nominantı olub. Riçard Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) boya-başa çatıb. Babası və nənəsi Birləşmiş Ştatlara pənah gətirmiş Meksikalı mühacirlər olub. Uşaq yaşlarından quldur dəstəsinin üzvü olub. “Entertainment Tonight” nəşrinə verdiyi müsahibədə ailəsinin 70-ci illərdən bəri müxtəlif quldur dəstələri ilə əlaqəli olduğunu etiraf edib. 13 yaşında olanda içində nağd pullar olan portmanat oğurladığına görə həbs olunub. 15 yaşında kokain alüdəçisinə çevrilib. Orta məktəbi bitirdikdən sonra yenidən qanunla problemləri ortaya çıxıb. Odlu silahla hücum maddəsi ilə yenidən dəmirbarmaqlıqlar arxasına göndərilib. Yalnız 25 yaşında azadlığa çıxıb. Həyatını yaxşılığa doğru dəyişməyə çalışan gələcək aktyora, dostları “Homeboy İndustries” proqramını tövsiyə edib. Həmin proqram Riçardın aktyorluq sənətinə gəlməsində mühüm rol oynayıb. 2009-cü ildə “Sautlend” serialında epizodik rola çəkilib. 2010-cu ildə Bruno Marsın “Grenade” klipində görüntülənib. 2015-ci ildə “Amerika Cinayəti” serialına çəkilməyə başlayıb. Hektor Tonza roluna görə ən yaxşı ikinci dərəcəli aktyor (mini-serial və ya filmdə) kateqoriyasında “Emmi” mükafatı əldə edib. 2016-cı ildə dəmirbarmaqlıqlar arxasında və azadlıqda olarkən quldur dəstəsinin tərkibində yaşadığı həyat təcrübəsi əsasında Robert İqanla birlikdə “Kölgənin mübarizəsi” adlı mono-tamaşa yazıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Richard_Cabral