Qabriel Yunion

Qabriel Yunion

Aktrisa

BİOQRAFİYA

Qabriel Monik Yunion 29 oktyabr 1972-ci ildə ABŞ-ın Nebraska ştatının Omaha şəhərində anadan olub. Anası keçmiş rəqqasə və sosial işçi, atası AT&T mobil operatorunun meneceri olub. Qabriel katolik xristianların ailəsində böyüyüb. Səkkiz yaşında olanda Kaliforniyanın Plezanton şəhərinə köçüb, orada "Foothill High School" məktəbini bitirib. Məktəb illərində basketbol, futbol və qaçışla məşğul olub. Daha sonra Nebras Universitetində və Kuesta kollecində təhsil alıb. Ancaq sonradan Los-Ancelesin Kaliforniya Universitetinə köçürülüb, orada sosiologiya sahəsi üzrə dərəcə alıb. Təhsil haqqını ödəyə bilməsi üçün "Judith Fontaine Modeling & Talent Agency" şirkətində model vəzifəsinə işə düzəlib. Aktyor karyerasına “Mənim nifrətimin 10 səbəbi” və “Sevgi və Basketbol” kimi yeniyetmə filmlərində epizodik rollara çəkilməklə başlayıb. 2000-ci ildə “Uğur qazan” filmində Ayzis rolunu oynayıb, filmdə tərəf-müqabili məşhur aktrisa Kirsten Danst olub. 2003-cü ildə LL Cool J adlı reperlər birgə “Bizi Həvvadan qurtarın” adlı filmə çəkilib. Film tənqidçilərin müsbət rəyini qazanıb, nəticədə Yunion müxtəlif populyar filmlərin çəkilişlərinə dəvətlər almağa başlayıb. Belə filmlər arasında “Pis oğlanlar 2” və “Boşanma ensiklopediyası” yer alır. 1992-ci ildə, 19 yaşında olanda ayaqqabı mağazasında satıcı işlədiyi vaxtda döyülərək, zorlanıb. Sonradan özünü polisə təslim edən cinayətkar 33 il azadlıqdan məhrum edilib. Həmin hadisədən sonra Qabriel seksual zorakılıq qurbanlarının yaratdığı hərəkatın fəal üzvlərindən birinə çevrilib. 2001-2006-cı illərdə NFL futbolçusu Kris Qovardla evli olub. 2014-cü ildə Basketbolçu Dueyn Ueydlə ailə qurub. Onunla toya qədər 5 il görüşüb. Cütlüyün 07.11.2018-ci il təvəllüdlü, surroqat ananın dünyaya gətirdiyi qızı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Gabrielle_Union

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç