Mik Cekson

Mik Cekson

Rejissor

BİOQRAFİYA

Mik Cekson 1943-cü ildə Britaniyada anadan olub. 1973-1987-ci illərdə əsasən sənədli filmlər çəkib, BBC TV və Channel 4 kanallarında dram tamaşalarına quruluş verib. Hollivuda gedişindən sonra bədii filmlərin rejissurasına girişib. 1992-ci ildə lentə aldığı, Kevin Kostner və Uitni Hyustonun baş rollara çəkildiyi “Cangüdən” (Bodyguard) filmi onun yaradıcılığına öz damğasını vurub. 2010-cu ildə “Templ Qrandin” adlı bioqrafik televiziya dramına görə “Emmi” mükafatçısı olub. Həmçinin, "Ən yaxşı dram serialı" kateqoriyasında Britaniyanın BAFTA mükafatının üçqat laureatıdır. Bundan başqa, Amerika Rejissorlar Gildiyasının mükafatının qalibi olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Mick_Jackson_(director)

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç