Bill Kobbs
Aktyor
Uilbert Fransisko “Bill” Kobbs 16 iyun 1934-cü ildə ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində anadan olub. Atası tikinti sahəsində çalışıb, anası evdar xanım olub. Valideynləri az təminatlı olsalar da, ona hər zaman qayğı və diqqət göstəriblər. Onun əmisi oğlu tanınmış amerikalı aktyor Ceyms Baskettdir (1948-ci ildə vəfat edib). Bill Kobbs yeniyetməlik illərindən aktyorluğa böyük maraq göstərib. Əvvəl həvəskar teatrda səhnəyə çıxıb. Səkkiz il ərzində ABŞ hərbi hava qüvvələrinin radarlar üzrə texniki olub. Təxris olunduqdan sonra IBM şirkətində ofis malları satıb. Daha sonra doğma şəhəri Kliflenddə avtomobil alqı-satqısına girişib. 40 yaşlarına yaxın Kobbs riskə gedərək aktyorluq sevdasının ardınca Nyu-Yorka yollanır. Negro Ensemble Company teatrının truppasına qəbul olunur. 1974-cü ildə isə “Pelem 1-2-3 qatarının ələ keçirilməsi” adlı döyüş filmində debüt edib. 2006-cı ildə “Ölümsüzlük cövhəri” adlı filmdə obrazlardan birini səsləndirdiyinə görə “Trenton” kinofestivalının mükafatını alıb. 2012-ci ildə “Hazır ol” serialında Metyu Perri ilə tərəf-müqabili olub. Başlıca olaraq “Cangüdən” (Bodyguard, 1993), “Dağıdıcı” (Demolution Man, 1993), “That Thing You Do!” (1996), “Qorxulu və Böyük Oz” (2013) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində 190 bədii film, serial və səsləndirmə rolu olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D0%B1%D0%B1%D1%81,_%D0%91%D0%B8%D0%BB%D0%BB