Artur Smolyaninov
Aktyor
Artur Sergeyeviç Smolyaninov 27 oktyabr 1983-cü ildə Moskvada (Rusiya) anadan olub. Anası Mariya Vladimirovna rəssamlıq üzrə müəllimədir. Uşaqlığı Moskva vilayətinin Korolyov şəhərində keçib. Özündən kiçik iki qardaşı və bir bacısı var. Böyük kinoya yolunu rejissor Valeri Prıyomıxov açıb. 1998-ci ildə 14 yaşı olanda “Bizdən yaxşısı yoxdur” filminə çəkilib. Priyomıxovla tanışlığı onun həyatını kökündən dəyişir, başqa istiqamətə yönəldir. O, yeniyetməyə çox şeyləri öyrədib. “Bizdən yaxşısı yoxdur” filmi aktyorun vizit kartına çevrilib. 16 yaşında məktəbi bitirdikdən sonra Rusiya İncəsənət və Teatr İnstitutuna qəbul olunub. Rejissorluq fakültəsinin aktyorluq bölməsində ali təhsil alıb. 2004-cü ildə həmin təhsil ocağını bitirib. “Bizdən yaxşısı yoxdur” filmindən sonra “Triumf” filminə çəkilib. Onun populyarlaşmasına eyni zamanda əfqan müharibəsi haqqında “Doqquzuncu bölük” filmi kömək olub. 2006-cı ildə Artur “Sovremennik” teatrının truppasına qəbul olunub. 2012-ci ildə ekranlara çıxan “Samara” serialında Smolyaninov təcili tibbi yardım həkimi Oleq Samarin rolunu oynayıb. 31 avqust 2013-cü ildə 1992-ci il təvəllüdlü aktrisa Darya Melnikova ilə ailə qurub. 2015-ci ildə Artur adlı oğlu dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BC%D0%BE%D0%BB%D1%8C%D1%8F%D0%BD%D0%B8%D0%BD%D0%BE%D0%B2,_%D0%90%D1%80%D1%82%D1%83%D1%80_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B5%D0%B2%D0%B8%D1%87