Gil Darnell

Gil Darnell

Aktyor

BİOQRAFİYA

Gil Darnell – avstraliyalı kino və televiziya aktyorudur. Avstraliyada doğulsa da, Honkonqda boya-başa çatıb. İngilis dilindən savayı, portuqal və çin dillərində danışa bilir. Yeniyetməlik illərində xokkeylə məşğul olub. Ancaq Londonda  “Operanın kabusu” tamaşasını izlədikdən sonra, ölkəsini xokkeyçi olaraq Olimpiya oyunlarında təmsil etmək arzusundan vaz keçib, aktyor olmağa qərar verib. Londonun prestijli "Mountview Theatre School" teatr məktəbində aktyorluq sənətinin incəliklərini öyrənib. Karyerasını Böyük Britaniyada başlayıb və bir sıra televiziya layihələrində (Hollyoaks", "Holby City", "Doctors", "Brookside" and "The Bill") iştirak edib. Sonradan Los-Ancelesə köçüb. Daha çox “Baş Tutmamış Ad Günü” (2014), “Fövqəltəbii” (2016), “Lənətlənmiş əsgərlər” (2015) filmləri və “Sümüklər” serialında oynadığı rollarla tanınır. Karyerası ərzində 47 bədii/televiziya filmi və seriala çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm1534895
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç