Nik Hemm
Rejissor
Nik Hemm 10 dekabr 1957-ci ildə Şimali İrlandiyanın Belfast şəhərində anadan olub. Mançester Universitetinin fəlsəfə ixtisası üzrə məzunu olub. Kinoda debütünü 1989-cu ildə “The Bottom Line” adlı sənədli lenti ilə gerçəkləşdirib. Həmin filmin çəkilişlərində məşhur aktyor Dastin Hoffman və dramaturq Artur Miller iştirak edib. 1992-ci ildə Anton Çexovun “Tütünün zərəri haqqında” adlı hekayəsinin motivləri əsasında eyniadlı bədii filmi ekranlara çıxıb. Həmin filmə görə BAFTA mükafatına layiq görülüb. 1998-ci ildə bir sıra Avropalı və Amerikalı ulduzların iştirakı ilə çəkilmiş “Mələklərin söhbəti” adlı romantik dramı işıq üzü görüb. 2001-ci ildə Kira Naytlinin baş rola çəkildiyi “Çüxur” filmi ilə məşhurlaşıb. 2004-cü ildə “Yad” adlı mistik trillerin rejissoru olub. 2011-ci ildə “Bononu öldürmək” adlı rokn-rol komediyasını lentə alıb. “The Harmfulness of Tobacco” filminə görə BAFTA mükafatına layiq görülüb. 2016-cı ildə Timoti Spollun baş rola çəkildiyi “Yol filmi” 73-cü Venetsiya Kino Festivalının rəsmi proqramına daxil edilib. Həmçinin hər iki film Beynəlxalq Toronto Kinofestivalında nümayiş olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D1%8D%D0%BC%D0%BC,_%D0%9D%D0%B8%D0%BA