Şükufə Musayeva

Şükufə Musayeva

Şükufə Musayeva - Aktrisa.

BİOQRAFİYA

1988-ci ildə Şuşa Mədəni-Maarif məktəbinin özfəaliyyət teatr kollektivinin rəhbəri fakültəsini, 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisasıdır.1991-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir.Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən ilk və son qadın aktrisalarımızdan biridi. Ş.Musayeva neçə-neçə tamaşada yaratdığı rollar hafizələrdə unudulmaz izlər buraxmışdır.Onun yaratdığı Telli ("Arşın mal alan", Üzeyir Hacıbəyov), Nailə ("Özümüz bilə-rik", S.Ələsgərov və Ş.Qurbanov), Nisə ("Durna", S.Rüstəmov və S.Rüstəm), Gülcamal ("Ayının min bir oyunu", S.Qənizadə), Marqarita ("Marqaritka", A.Salakru), Məkkə ("Gözəlləri necə qaçırırlar", B.Appayev), Hind şahzadəsi və saray əyanı ("Xəlifə Leylək", V.Qauf), Susanna ("Aydın", C.Cabbarlı), Qadın və dəli ("Ağıllı adam", F.Mustafa), Güləndam nənə ("Şuşa dağlarını duman bürüyüb", Elçin), Berta ("Sehirli kreslo", F.Karinti), Gülzar ("Pənah evi", Ə.Quluzadə), Fəxründə xanım ("Bayramın birinci günü", N.Hikmət), Şərəf xanım ("Tamahkar", S.S.Axundov), Sona xanım ("Dağılan tifaq", Ə.Haqverdiyev), Xurşid Banu Natəvan ("Güllələnmiş heykəllərin fəryadı", H.Mirələmov) obrazları müxtəlif səpgili olsa da,aktrisa bu rolların öhdəsindən bacarıqla gəlmişdir. Ş.Musayeva 1998-ci ildə keçirilən II Ümumrespublika Eksperimental tamaşalar festivalında Ana ("Addım səsləri", S.Bekket), 1999-cu ildə keçirilən "Milli klassika" festivalında Şəhrəbanu xanım ("Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur", M.F.Axundov), 2002-ci ildə keçirilən A.Şərifzadə adına "Üfüq-XX1" mono tamaşalar Festivalında Uşaq ("Çiçəklər açılanda", A.Həsənoğlu), 2005-ci ildə keçirilən "Boş məkanın dolğunluğu" teatr festivalında Qadın ("Musiqili məktublar", F.Mustafa) kimi müxtəlif xarakterli rollar oynayaraq.

Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən diplom və mükafatlara layiq görülmüşdür. 2000-ci ildən Əməkdar Artisti Fəxri adına layiq görülmüşdür. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. 2003-cü ildə, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

FİLMOQRAFİYA
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç