Vensan Peres
Aktyor, rejissor, ssenarist
Vensan Peres 10 iyun 1964-cü ildə Lozanna şəhərində (İsveçrə) anadan olub. İspan və alman əsillidir. Uşaqlığında heykəltaraş və rəssam olmağı arzulasa da, 18 yaşında Fransaya köçüb. Ali Milli Dram İncəsənət konservatoriyasının aktyorluq fakültəsinə daxil olub. Tələbə olduğu dönəmlərdə “Geçə keşikçisi” filmində debütünü edib. Daha sonra 1988-ci ildə Jaklin Bisseltlə birlikdə “Nefrit Ev” dramına çəkilib. Fransada qısa zamanda populyarlaşıb. 1990-1993-cü illərdə bir sıra filmlərdə romantik məşuq və ya ər rollarını oynayıb. “Kapitan Frakassın macəraları” filmində sevgilisi rolunu Emmanuel Bear, “Hind-Çin” filmində Katrin Denyov, “Fanfan sevginin ətri” filmində Sofi Marso, “Kraliça Marqo” filmində İzabel Acani oynayıb. Onun yüksək aktyorluq bacarığı və xarizması kinotənqidçilərin də də diqqətindən kənarda qalmayıb. 1991-ci ildə “Sirano de Berjerak” filmində oynadığı rola görə “Sezar” mükafatına namizəd olub. Dünya şöhrətini isə ona rejissor Mikelancelo Antonioni və Vim Vendersin birgə çəkdiyi “Buludlar arxasında” filmi gətirib. Daha sonra “Qarğa 2: Mələklər şəhəri” adlı mistik trillerdə görüntülənib. “Həyat yolu” kriminal dramında rusiyalı mafioz Pavel Lunqin rolunda çıxış edib. 2000-ci ildə “Arvadbaz” filmində baş rolu oynayıb, 2003-cü ildə “Fanfan-tülpan” komediyasında rol alıb. Tərəf-müqabili Penelopa Kruz olub. Daha sonra Sofi Marso ilə birlikdə “Mən qalıram” romantik komediyasına çəkilib. Berlin və Kann kinofestivallarının nominantı olub. Həmçinin üç dəfə “Sezar” kino müfakatına namizəd olub. 18 dekabr 1998-ci ildə Vensan Peres seneqallı model Karin Silla ilə nikaha daxil olub. 1999-cu ildə İman adlı qızları, 2004-cü ildə isə Pablo və Tess adlı əkizləri dünyaya gəlib. Hazırda cütlük 4 övlad böyüdür (Karin Sillanın Jerar Depardye ilə əvvəlki nikahdan Roksana adlı qızı daxil olmaqla)
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D1%80%D0%B5%D1%81,_%D0%92%D0%B5%D0%BD%D1%81%D0%B0%D0%BD