Polli Uoker

Polli Uoker

Aktrisa

BİOQRAFİYA

Polli Uoker – britaniyalı aktrisadır. “Roma” adlı teleserialda mərkəzi rollardan birini oynayıb. Aktrisa 19 may 1966-cı ildə İngiltərənin Çeşir qraflığının Uorrinqton şəhərində anadan olub. Ballet məktəbində oxusa da, 18 yaşında ayağından ağır xəsarət alıb və gələcək planlarını dəyişməyə məcbur olub. İncəsənət sahəsindən ayrılmaq istəməyən Uoker, aktrisa olmağa qərar verib. Aktrisa olaraq debütünü 1990-cı ildə “Lorna Dun” telefilmində gerçəkləşdirib. Daha sonra “Syoqun Maeda”, “Sehrli aprel”, “Vətənpərvər oyunları” filmlərinə çəkilib. 2005-2007-ci illərdə Polli Uoker “Roma” serialında  Atiya Balba Sezoni rolunu oynayıb. Həmin rola görə ən yaxşı dram serialı aktrisası nominasiyasında “Qızıl Qlobus” mükafatına namizəd olub. Daha sonra “Ölüləri dirildən”, “Aqata Kristinin Miss Marplı”, “Plantasiya”, “Kaprika” kimi seriallara çəkilib. 2008-ci ildə aktyor Lorens Penri-Consla ailə qurub. İki övladı var. Hazırda ABŞ-da yaşayır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BE%D0%BA%D0%B5%D1%80,_%D0%9F%D0%BE%D0%BB%D0%BB%D0%B8

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç