Nadin Labaki

Nadin Labaki

Aktrisa, rejissor

BİOQRAFİYA

Nadin Labaki 18 fevral 1974-cü ildə Livanın Baadba şəhərində anadan olub. Valideynləri Antuan və Antuanett Labakidir. Beyrut şəhərinin Sent İosif Universitetində ali təhsil alıb. Diplom işinə çəkdiyi “11 Rue Pasteur” (1997) adlı lent 1998-ci ildə ərəb filmləri biennalında ən yaxşı qısametrajlı film seçilib. Başlıca olaraq tanınmış livanlı və ərəb ifaçılar üçün mahnı klipləri çəkir. “Coca cola” və digər brendlər üçün reklam çarxları çəkib. 2003-cü ildən etibarən aktrisa olaraq ekranlara çıxır. 2007-ci ildə “Karamel” adlı ilk tammetrajlı bədii filmini ərsəyə gətirib. Filmin premyerası Kann Festivalında baş tutub. Ekran əsəri tənqidçilərin və tamaşaçıların rəğbətini qazanır. Onun “Bəs indi haralara?” adlı sayca ikinci bədii filmi 2011-ci ildə işıq üzü görüb. Film Kann Festivalının “Xüsusi baxış” proqramı çərçivəsində nümayiş edilib. Həmin il Toronto Beynəlxalq Kino Festivalında “Tamaşaçıların seçimi” kateqoriyasına mükafat əldə edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B0%D0%B1%D0%B0%D0%BA%D0%B8,_%D0%9D%D0%B0%D0%B4%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç