Qoran Breqoviç

Qoran Breqoviç

Bəstəkar

BİOQRAFİYA

Qoran Breqoviç 22 mart 1950-ci ildə Sarayevo şəhərində anadan olub. Skripka ifası üzrə musiqi məktəbində təhsil alıb. Ancaq musiqi istedadının olmamasını əsas götürərək, onu məktəbdən xaric ediblər. Anası onun həvəsdən düşməməsi üçün ilk gitarasını alır. Bir müddətdən sonra incəsənət məktəbinə daxil olsa da, hədindən çox “mavi” şagirdlərin oxumasından xəbər tutaraq, onu məktəbdənn çıxarıb. Onu avtomobil məktəbinə qoyub. Məktəbdə oxuduğu illərdə “İzohipse” qrupunda çıxış edib. Ancaq məktəbdə özünü nadinc apardığı üçün – məktəbə aid “Mersedes”i vurub əzdiyinə görə xaric edilib. Breqoviç gimnaziyaya daxil olur və “Бештије” adlı qrupda çıxış etməyə başlayır (bas-gitarada). Qısa müddətə cavanlar arasında kifayət qədər populyarlaşır. 1971-ci ilin payız aylarında fəlsəfə və sosiologiya üzrə ali təhsil alsa da, ixtisas ürəyincə olmur. 1974-cü ildə çıxış etdiyi qrupun adını dəyişərək “Bijelo Dugme” edib. Dünyada rejissor Emir Kusturitsanın bədii filmlərinə yazdığı saundtreklərlə məşhurlaşıb. Yuqoslaviya adlı dövlət uzun illər əvvəl parçalansa da, özünü yuqoslav hesab edir. Bəstəkar bunu onunla əsaslandırır ki, atası xorvat katolikdi, anası pravoslav serbdir, həyat yoldaşı isə boşnak-müsəlmandır. Atası hərbçi olub. Valideynlərinin boşanmasından sonra anası ilə Sarayevo şəhərinə köçüb. Hazırda həyat yoldaşı Cenana Sucuka və üç qızı ilə Parisdə yaşayır. 

Ətraflı məlumat üçün aşağıdkaı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D1%80%D0%B5%D0%B3%D0%BE%D0%B2%D0%B8%D1%87,_%D0%93%D0%BE%D1%80%D0%B0%D0%BD

 

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç