Emir Kusturitsa

Emir Kusturitsa

Rejissor, ssenarist

BİOQRAFİYA

Emir Kusturitsa 24 noyabr 1954-cü ildə Sarayevo şəhərində (Bosniya və Hersoqovina) anadan olub. Valideynləri dini etiqada görə müsəlman boşnaklar olsalarda, dindar olmayıblar. Rejissor atasının əslində ateist olduğunu əmin edir. Kusturitsanın sözlərinə görə, Balkanlarda Osmanlı hökmranlığından əvvəl əcdadları pravoslav serblər olub. Bu fikirlərinə görə, doğma vətəni olan Bosniyada vətəndaşların ona olan münasibəti birmənalı deyil. Atası Murad Kusturitsa – Kommunist Partiyasının üzvü olub, Bosniya və Herseqovina İnformasiya Nazirliyində çalışıb. Emir Kusturitsa Maya Kusturitsa ilə evlidir. Ər-arvad “Rasta Films” kinoşirkətinin təsisçiləri və sahibləridir. Birgə nikahdan Stribor adlı oğlu və Dunya adlı qızı var. Kusturitsa "The No Smoking Orchestra" qrupunun üzvü olub. 2005-ci ildə Savina Monastrında pravoslavlığı qəbul edib, özünə Nemanya xristian adını götürüb. Böyük kinoda daha çox “Anderqraund” (1995), “Qara pişik, ağ pişik” (1998), “Arizona Arzusu” (1993) filmləri və “Möcüzə kimi həyat” serialına görə tanınır. Karyerası ərzində 23 bədii film və serialın rejissoru olub. Avropanın ən mötəbər kinomükafatlarının o cümlədən Kann Kinofestivalının iki “Qızıl palma budağı” mükafatının qalibidir. Fəxri legion ordeninin kavaleridir. Serbiya Elm və İncəsənət Akademiyasının xarici üzvüdür. Kinoda gördüyü işlə yanaşı, “The No Smoking Orchestra” adlı folk-rok qrupun iştirakçısı kimi tanınıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Emir_Kusturica

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç