Fey Danauey

Fey Danauey

Aktrisa

BİOQRAFİYA

Fey Danauey 14 yanvar 1941-ci ildə ABŞ-ın Florida ştatının Beskom şəhərində zabit ailəsində anadan olub. Atası ABŞ qüvvələrinin Avropa hərbi kampaniyası zamanı (İkinci Dünya Müharibəsi) həlak olub. Gələcək aktrisa Boston universitetinin teatr fakültəsində oxuyub. Daha sonra dram təhsilini Florida Universitetində davam etdirib. 1962-ci ildə amerika milli teatrının üzvü olub. Elə həmin il “Bütün zamanların insanı” adlı tamaşa ilə Brodvey debütünü edib. Kinoekranlarda debütünü isə 1967-ci ildə gerçəkləşdirib - əvvəl “Günün batmasını tələsdir” və “İnsident” filmlərində kiçik rollar alıb, ardınca rejissor Artur Pennin “Bonni və Klayd” bioqrafik kriminal dramında baş rolu oynayıb. Həmin rol ona “Oskar” mükafatı və ən gözəl müasir qadın (həmin dönəmlərin) statusunu qazandırıb. Bir ildən sonra aktrisa “Tomas Kraunun fırıldağı” adlı kult bədii filmində baş rola çəkilib. Sözügedən filmin 30 ildən sonra ekranlara çıxan remeykində isə psixoterapevt rolunu oynayıb. 70-ci illərdə Amerika kinematoqrafiyasının ən parlaq simalarından olub. “Kiçik böyük adam” (1970), “Oklahoma, olduğu kimi” (1973), “Çin məhəlləsi” (1974), “Kondorun 3 günü” (1975) və “Teleşəbəkə” kimi filmlərlə öz nüfuzunu daha da möhkəmlədib. Sonuncuda oynadığı jurnalist rolu ona “Oskar” və “Qızıl Qlobus” mükafatı qazandırıb. 1990 və 2000-ci illərdə aktrisa nadir hallarda böyük ekranlarda görüntülənib və daha çox azbüdcəli filmlərin çəkilişində iştirak edib. Bu zaman kəsiyində ən əlamətdar rolları Emir Kusturitsin “Arizona Arzusu” filmində Eleyn Stalker, və “Don Juan De Marko” romantik dramında Marlon Brandonun personajının həyat yoldaşı Merilin Mikler rolu sayılır. 1960-70-ci illərdə Hollivudun ən populyar aktrisalarından biri olub. “Bonni və Klayd”, “Çin məhəlləsi”, “Kondorun 3 günü”, “Teleşəbəkə” kimi blokbasterlərdə rol alıb. 1968-ci ildə Danauey italiya kinoekranlarının ulduzu Marçello Mastroyanni ilə tanış olub. Eşq macərası yaşadıqları dönəmdə Mastroyanni aktrisa Flora Karabelle ilə rəsmi olaraq evli idi. Onların bu gizli sevgi həyatı 3 il davam edib. Ancaq Feyin təkidlərinə baxmayaraq, Mastroyanni həyat yoldaşı və uşaqlarını tərk etmədiyindən, yollarını ayırıblar. Danauey iki dəfə ərdə olub. Birinci həyat yoldaşı (1974) “Geils Band” amerika qrupunun gitaraçısı Piter Vulf olub. İkinci həyat yoldaşı, britaniyalı fotoqraf Terri Onill olub. Həmin nikahdan Liam adlı oğlu olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B0%D0%BD%D0%B0%D1%83%D1%8D%D0%B9,_%D0%A4%D1%8D%D0%B9

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç