Mark Ayşem

Mark Ayşem

Bəstəkar

BİOQRAFİYA

Mark Ayşem - amerikalı musiqiçi və bəstəkardır. 7 sentyabr 1951-ci ildə ABŞ-da doğulub. Elektron musiqi, caz musiqi ifaları və kinolara yazdığı bəstələrlə məşhurlaşıb. “Qremmi” musiqi mükafatı sahibidir, bundan başqa “Emmi” televiziya mükafatının laureatı olub. Saentologiyaya etiqad edir. Anası – Patrisiya Ayşem skripkaçı, atası Hovard Fuller Ayşen musiqi müəllimi olub. Mark uşaqlıq illərindən bəri piano, truba və skripkada ifa etməyi bacarıb. Musiqi karyerasına Oklend və San-Fransisko simfonik orkestrlərinin üzvü kimi başlayıb. Elə həmin vaxt müxtəlif rok və caz qruplarda iştirak edib. 1970-1972-ci illərdə “Beefy Red" qrupunda çıxış edib, truba və soprano-saksafonda ifa edib. 1974-cü ildə dağılmış qrupun digər üzvləri ilə birlikdə "The Sons of Champlin" qrupunu yaradıb. 1983-cü ildə ilk solo albomu işıq üzü görüb və rejissor Kerrol Bellardın “Canavarları oyatma” filminə saundtrek yazıb. “Toqquşma”, “Ağ əsir”, “Əyləc”, “Bleyd”, “Nell”, “Hərbi dalğıc”, “Arıların gizli həyatı”, “Pis leytenant” və digər filmlərin bəstəkarı olub. “Çayın axdığı yer” filminə yazdığı musiqiyə görə 1993-cü ildə “Oskar” mükafatına layiq görülüb. 1996-cı ildə “Ez Street” serialının “Qorxulu gözəllik” adlı epizoduna yazdığı musiqi isə ona “Emmi” mükafatı qazandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Mark_Isham

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç