Co Anderson

Co Anderson

Aktyor

BİOQRAFİYA

Co Anderson 26 mart 1982-ci ildə İngiltərədə aktyor Maylz Anderson və aktrisa Lesli Daffın ailəsində anadan olub. Atası oğluna onların yolunu getməməyi və özünə sabit gəlirli peşə seçməsini tövsiyyə edib. Anderson Riçmond şəhər kollecində oxuyub. Məktəbi bitirdikdən sonra alpinizmlə məşğul olub, ardınca fotoqrafiya sənətinə meyl salıb, rejissor olmaq istəyib. Ancaq təhsil üçün lazımı məbləğdə pul tapa bilməyib. Ona görə də, Uebber-Duqlas Dram İncəsənət Akademiyasında aktyorluq sənətini öyrənib. Peşə seçimini, Anderson verdiyi müsahibələrdən birini disleksiya ilə izah edib. Aktyor karyerasına 2000-ci illərin ortalarında qədəm qoyub. İlk rollarını Çiçester teatr səhnəsində oynayıb. Daha sonra film və seriallara çəkilməyə başlayıb. Karyerasında yüksəliş dövrü 2007-ci ildə başlanıb. “Kainatdan keçərək” müziklındə baş rollardan birinə çəkilib. Anderson eyni zamanda 2007-ci ildə “Nəzarət” və “Ceyn Ostin” filmlərində baş rolları oynayıb. Aktyor daha sonra 2008-ci ildə “Klub 27” filmində basist rolunda çıxış edib. 2010-cu ildə ekranlara çıxan “Dəlilər” qorxu filmində şerif köməkçisi rolunu oynayıb. 2012-ci ildə Andersonun iştirakı ilə iki film -  “Çarpışma” və “Alatoranlıq: Saqa. Sübh çağı 2-ci hissə” filmləri ekranlara çıxıb. Həmçinin Amazonda insan axtarışından bəhs edən “Çay” adlı televiziya serialına baş rola çəkilsə də, ABC telekanalı səkkizinci epizoddan sonra serialın istehsalatını dayandırıb. Daha çox “Kainatdan keçərək”, “Ceyn Ostin”, “Nəzarət”, “Viranəliklər”, “Dəlilər” və “Çarpışma” filmlərində oynadığı rollarla yadda qalıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BD%D0%B4%D0%B5%D1%80%D1%81%D0%BE%D0%BD,_%D0%94%D0%B6%D0%BE

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç