Kosta-Qavras

Kosta-Qavras

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Konstantin Qavras (və ya Kosta-Qavras) - yunanıstanlı/fransalı rejissor və ssenaristdir. “Oskar” mükafatı laureatıdır. Kəskin siyasi mövzulu filmlərin müəllifi kimi, xüsusilə  yazıçı Vasilis Vasilikosun kitabının “Zeta” adlı ekranizasiyasına görə tanınır. 13 fevral 1933-cü ildə Yunanıstanın Arkadiya bölgəsinin Lutra-İreas kəndində anadan olub. İkinci Dünya Müharibəsi zamanı Yunanıstanın işğalı dövründə ailəsi ilə Pelopennesedə yaşayıb. Müharibədən sonra Afinaya köçüb. Müharibə ərzində atası Yunanıstan Millətçi-Azadlıq Cəbhəsinin sol qanadının üzvü olub. Müharibədən sonra kommunizmə simpatiya bəsləməsi şübhəsi ilə həbs olunub. Nəticədə Qavrasın ailəsi Yunanıstanı tərk etmək məcburiyyətində olub. Kosta-Qavras Fransada orta məktəbi bitirib. 1951-ci ildə Sorbonna Universitetində hüquq üzrə ali təhsil almağa başlasa da, məzun olacağı ərəfədə təhsili yarımçıq buraxıb və kinematoqrafiya sahəsinə girişib. Kino üzrə ali təhsilini Parisdə İDEK institutunda alıb. Karyerasına rejissor R.Kler, A.Vernöy, J.Demi, R.Kleman kimi rejissorların köməkçisi olaraq başlayıb. Qavras əslən yunan olsa da, dogma vətənində heç vaxt işləməyib və yunan dilində bir dənə olsun filmi yoxdur. 2007-ci ildə Fransa Sinematikasının prezidentidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D1%81%D1%82%D0%B0-%D0%93%D0%B0%D0%B2%D1%80%D0%B0%D1%81

 

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç