Dallas Roberts

Dallas Roberts

Aktyor

BİOQRAFİYA

Dallas Mark Roberts – amerikalı teatr və kino aktyorudur. “Drama Desk” mükafatına namizəd olub. Dallas Roberts 10 may 1970-ci ildə ABŞ-ın Texas ştatının Hyuston şəhərində dünyaya göz açıb. Pol Rever adına orta məktəbi və Robert Li adına ali məktəbi bitirib. Daha sonra Florida ştatının Sarasota şəhərinə köçüb, 1988-ci ildə Sarasota ali məktəbini bitirib. 1990-cı ildə Nyu-York şəhərinə köçüb və 14 il orada yaşayıb. Nyu-Yorkda qaldığı illərdə Culyard Kino Məktəbinin dram bölməsində ali təhsil alıb. Ali təhsili başa vurduqdan sonra teatr tamaşalarında iştirak etməyə başlayıb. Adam Reppin "qeyri-brodvey" “Noktürn” tamaşasında oynadığı rola görə “Drama Desk” mükafatına namizəd olub. 1990-cı ildən etibarən kino və seriallara çəkilməyə başlayıb. Ekranlarda ilk rolunu “Qanun və qayda” serialında oynayıb. İlk baş rollarından biri 2004-cü ildə böyük ekranlara çıxan “Dünyanın axırındakı ev” filmində oynadığı rol sayılır. Kristin Cons adlı dizayner və Nyu-York Universiteti professoru ilə evlənib. Onların iki oğlu var. 2010-cu ildə AMC telekanalında yayımlanan “Rubikon” serialına çəkilib. 2012-ci ildə “Gəzən ölülər” serialının 3-cü mövsümünün çəkilişlərində iştirak edib. 2012-ci ildə “Qapı” adlı bədii filmə çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D0%B1%D0%B5%D1%80%D1%82%D1%81,_%D0%94%D0%B0%D0%BB%D0%BB%D0%B0%D1%81

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç