Velibor Topiç
Aktyor
Velibor Topiç 1970-ci ildə Bosniya-Herseqovinanın Mostare şəhərində anadan olub. Xorvat və serb əsillidir. Bosniya müharibəsi zamanı Velibor Topiç Sarayevo şəhərində yaşayıb və teatrda çıxış edib. Enni Leybovitsin “Sarajevo - The Kiss” adlı məşhur fotoşəklində onun siması əks olunub. 1996-cı ildə Londona mühacirət edib. Açıq-aydın şərqi avropa ləhcəsi və xarizmatik siması hesabına kinoda daha çox “antoqonist” rollara çəkilir. Başlıca olaraq quldur, muzdlu qatil obrazlarını yaradır. “Böyük qənimət”, “Cənnət krallığı”, “Cəhənnəm Bunkeri 3”, “ Bizim kimi satqın” kimi filmlərdə oynadığı rollarla tanınır. “Tomb Raider: The Angel of Darkness” kompüter oyununda Marten Qunderson obrazını səsləndirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: