İvan Kamaraş
Aktyor
İvan Kamaraş 22 dekabr 1972-ci ildə Macarıstanın Peç şəhərində anadan olub. Anası və atalığı balet artistləri olub. Uşaqlığı demək olar ki, valideynlərinin çıxış etdiyi teatrlarda keçib. Yeddi yaşında olanda BBC telekanalında yayımlanan Hamlet teletamaşasına baxıb və Derek Ceykobinin ifa etdiyi Hamlet roluna vurularaq teatr dərnəyinə yazılıb. Orta məktəbdə oxuyanda artıq aktyor olaraq səhnəyə çıxıb. 1991-1995-ci illər ərzində Budapeştin Teatr və Kino Akademiyasında təhsil alıb. Kamaraş aktiv şəkildə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur, aktyorluqla yanaşı bu sənət üzrə Macar Teatr məktəbində dərs deyir. 2014-cü ildən etibarən “SOS – uşaq kəndləri” xeyriyyə təşkilatının səfiridir. Aktyor olaraq debütünü 28 oktyabr 1995-ci ildə Budapeşt Kamera Teatrında gerçəkləşdirib; Uilyam Şekspirin Otello pyesində baş qəhrəmanı oynayıb. Karyerası ərzində 50-dən çox tamaşada iştirak edib. 2013-cü ildə “Cəhənnəm Bunkeri 3” qorxu filmində əsas personajlardan birini canlandırıb. Eyni zamanda “Məğlubedilməz: Ölmək üçün yaxşı gün” blokbasterində epizodik rol oynayıb. 2015-ci ildə “Qudini” mini serialında Qriqori Rasputin rolunda çıxış edib. Rejissor Gilyermo Del Toronun “Hellboy 2: Qızıl Ordu” filmində agent Stil rolu ilə məşhurlaşıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D0%BC%D0%B0%D1%80%D0%B0%D1%88,_%D0%98%D0%B2%D0%B0%D0%BD