Brayan Larkin

Brayan Larkin

Aktyor

BİOQRAFİYA

Brayan Larkin 7 avqust 1973-cü ildə Qlazqo şəhərində akuşer və hərbi hava qüvvələri mexanikinin ailəsində doğulub. Yeniyetməlik illərində kutlurizmlə məşğul olub və Şotlandiya üzrə keçirilən bir neçə turnirdə qalib gəlib. Bir neçə müddətdən sonra kino sənəti ilə maraqlanmağa başlayıb və Qlazqonun aktyorluq məktəbinə daxil olub. 2002-ci ildə britaniyanın “Just Around The Corner” adlı müstəqil bədii filminə çəkilməklə kinodebütünü gerçəkləşdirib. 2000-ci illərdə başlıca olaraq qısametrajlı filmlərə çəkilib. Çəkildiyi belə filmlərin bəzilərinin ssenarisini yazıb və rejissoru olub. 2006 və 2009-cu illərdə müvafiq olaraq “Səhnə” və “Nəqliyyatda şütüyən” filmlərinə görə BAFTA Scotland mükafatına layiq görülüb. 2013-cü ildə Larkin “Cəhənnəm Bunkeri 3: Xüsusi Təyinatlıların Qiyamı” qorxu filmində brutal və xarizmatik sovet qoşunları komandiri Doloxov rolunu oynayıb. Ekran əsəri onun populyarlaşmasına təkan verib. Tezliklə “Londonun süqutu” blokbasterində SAS leytenantı Uill Devis roluna dəvət olunub. O eyni zamanda “Əjdaha təqibi” filmində baş antoqonist rolunu oynayıb. Bundan başqa Killzone: Mercenary, Powerstar Golf, Quantum Break və Horizon: Zero Dawn video oyunlarında müxtəlif personajları səsləndirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B0%D1%80%D0%BA%D0%B8%D0%BD,_%D0%91%D1%80%D0%B0%D0%B9%D0%B0%D0%BD

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç