Şonda Rayms

Şonda Rayms

Ssenarist, rejissor, prodüser

BİOQRAFİYA

Şonda Rayms – ssenarist, rejissor və prodüserdir. “ShondaLand” prodakşn studiyasının rəhbəridir. Daha çox “Ehtiras anatomiyası” və onun spinoffunun yaradıcısı kimi məşhurlaşıb. 2007-ci ilin may ayında "Time" jurnalının versiyasına görə dünyada sülhə xidmət edən şəxslərin yüzlüyünə daxil edilib. 3 dəfə “Emmi mükafatı namizədi olub. “Amerika Prodüserləri Gildiyası” və “Amerika Ssenaristlər Gildiyası” mükafatlarının qalibi olub. Beş dəfə NAACP mükafatı laureatı olub. 2012-ci ildə “Qalmaqal” adlı siyasi seriala prodüserlik edir. 2014-ci ildə “Qətlin cəzasından yan keçmək” və 2016-cı ildə “Tələ yemi” filmlərinin çəkilişi və istehsalatında iştirak edib. Rayms 13 yanvar 1970-ci ildə Çikaqo şəhərində universitet administratoru və kollec professorunun ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Darmut kollecində dramaturgiya üzrə bakalavr dərəcəsi əldə edib. Daha sonra Los-Ancelesə köçərək, Cənubi Kaliforniya Universitetində təsviri incəsənət üzrə magistr pilləsinə yüksəlib. 3 ögey qızı var. 2015-ci ildə mədəsindən əməliyyat olunaraq, nəticədə 68 kq arıqlayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B0%D0%B9%D0%BC%D1%81,_%D0%A8%D0%BE%D0%BD%D0%B4%D0%B0

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç