Qerri Marşall
Rejissor, aktyor
Qerri Kent Marşall 13 noyabr 1934-cü ildə ABŞ-ın Nyu-York ştatının Bronks şəhərində anadan olub. Daha çox “Göyərtədən aşmış”, “Gözəlçə”, “Qaçmış gəlin”, “Müqəddəs Valentin Günü”, “Şahzadə gündəlikləri” və “Köhnə Yeni İl” filmlərinin rejissoru kimi məşhurlaşıb. IMDB məlumat bazasına əsasən, karyerası ərzində 40 bədii film və serialın ssenarisini yazıb. 30 bədii film və seriala rejissorluq edib. Son çəkdiyi bədii film 2016-cı ildə ekranlara çıxan “Analar Günü” (Mothers Day) romantik komediyasıdır. Marşall həmin ilin iyul ayında 81 yaşında Berbank xəstəxanasında vəfat edib. Ölüm səbəbi ağciyər sətəlcəmi göstərilib. Bu xəstəlikdən əvvəl isə insult keçirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Garry_Marshall