Aydın Əliyev
Aydın Əliyev — Azərbaycan aktyoru.
Aydın Əliyev M .Füzuli adına Ordubad şəhər 8 illik internat məktəbində təhsil alıb. İrəvan kənd Təsərrüfatı Texnikumunu bitirib. Texnikumda oxuyarkən C. Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında Ş.Ələsgərovun "Ulduz" musiqili komediyasında- Müxbir, M.F.Axundzadənin "Sərgüzəşti Vəziri Xani Lənkəran" əsərində- Teymur ağa, C. Cabbarlının "Aydın" pyesi əsasında hazırlanmış tamaşada Aydın və Surxay obrazlarında çıxış etmişdir.
1975- 1982- ci illərdə İrəvan Teatrında, 1982- 1986 ilədək Şəki Dövlət Dram Teatrında, 1986- 1992 illərdə isə Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləmişdir və bu illər ərzində onlarla tamaşalarda müxtəlif səpkili rollar yaratmışdır.
1993- ildən Bakı Bələdiyyə Teatrında işləyir. O.Altunbayın "Tomris"ində- Odtəkin, Y.Anuyun "Medeya"da- Şah Krion, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir"də- Ruben, C.Məmmədquluzadənin "Ölülər" komediyasında- Mirbağır ağa, C.Cabbarlının "Dönüşü"də- Qüdrət Arslan, N.Nərimanovun "Nadir şah"ında- Mirzə Mehdixan, M.Məmmədovun "Dəli Domrul"unda- Əzrail, S.Rəşidinin "Mənim Ərdəbilim"ndə- Həşim ağa, M.F.Axundovun "Müsyo Jordan Dərviş Məstəli Şah"nda- Dərviş, A.Babayevin "Oğul"unda- Kölgə, A.Qurbaninin "Türk sancağı"nda- Armen, N.Hikmətin "Damokl qılıncı"nda- Komisyonçu, Ə.Əliyevin "Unutqanlıq qorxunc bəladır" tamaşasında- Aparıcı, H.Cavidin "İblis" tamaşasında- Elxan və onlarca repertuarda olan tamaşalarda müxtəlif səpkili, yaddaqalan rolların mahir ifaçısıdır.
Tamaşaçıların rəğbətini qazanan sənətkar, dövlət tərəfindən də qiymətləndirilmiş, 2002-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı verilmişdir. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.