Viktoriya Hill
Aktrisa
Viktoriya Hill 18 fevral 1978-ci ildə Avstraliyanın Adelaida şəhərində anadan olub. Atası Adelaida Universitetinin rektoru, anası YUNİSEF-in Avstraliya nümayəndəliyinin prezidenti olub. Məktəbi bitirdikdən sonra Flinders Universitetinin dram-incəsənət fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra bir neçə il teatr tamaşalarında səhnəyə çıxıb. Aktrisa tez-tez HCF səhiyyə fonunun sosial çarxlarına çəkilir. Aktyorluq karyerasına “Sınmış ürəklər məktəbi” melodram serialında epizodik rolla başlayıb. Həmçinin “Zena – döyüşçülərin kraliçası” fentezi serialında kiçik rol alıb. 2007-ci ildə ekranlara çıxmış rejissor Rod Hardinin “Dekabr uşaqları” dramında Deniel Redkliflə kamera qarşısına çıxıb. 2010-cu ildə “Rəqs akademiyası” teleserialında baş rol ifaçılarından biri olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: