Lourens Duoret
Ssenarist
T.E.D * Lourens Duoret - amerikalı ssenaristdir. “Epidemiya” (Outbreak, 1995), “Berlin Blues” (1988) filmlərinə yazdığı ssenariyə görə tanınır. Karyerası ərzində cəmi 2 filmin ssenarisini yazıb. Dostu Robert Roy Pulla əməkdaşlıq edir. Onunla birgə yazdığı “Ultimatum” adlı ssenarini 500 min dollara satıb. Müqaviləyə əsasən film ekranlara yol tapsaydı onlara əlavə 500 min dollar bonus da veriləcəkdi. Süjetdə ABŞ şəhərlərindən birinə atom bombası quraşdıran və tələbləri yerinə yetirilməyəcəyi təqdirdə şəhəri havaya uçurmaqla hədələyən terrorçudan bəhs olunur. Rejissor Stiven Spilberq “Ultimatum”un əlinə aldığı ən maraqlı 3 ssenaridən biri olduğunu etiraf edib. Filmi lentə almağa hazırlaşsa da, ssenari üzərində çoxsaylı düzəlişlər və əlavələrdən sonra heç istehsalat mərhələsinə düşə bilməyib.
T.E.D - Tibb Elmləri Doktoru
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Laurence_Dworet