Kliff Eydelman

Kliff Eydelman

Bəstəkar

BİOQRAFİYA

Kliff Aydelmen 5 dekabr 1967-ci ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) anadan olub. Kliff səkkiz yaşında olanda skripkada ifa etməyi öyrənib. Daha sonra digər alətlərdə, o cümlədən fortepiano və gitarada ifanın incəliklərini mənimsəyib. Santa-Monika kolleci və Cənubi Kaliforniya Universitetində musiqi üzrə təhsil alıb. Kino bəstəkarı olaraq debütünü “Maqdalena” filmində gerçəkləşdirib. 26 yaşında olanda “Ulduz yolu” franişzasından olan filmin saundtreklərinin müəllifi olub. Hazırda Kaliforniyanın Santa-Monika şəhərində yaşayır. Çoxlu filmlərə, o cümlədən   “Ulduz yolu 6: Kəşf olunmamış ölkə” və “Kristofor Kolumb: Amerikanın fəthi” filmlərinə musiqi yazıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B9%D0%B4%D0%B5%D0%BB%D0%BC%D0%B5%D0%BD,_%D0%9A%D0%BB%D0%B8%D1%84%D1%84
FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç