Mik Caqqer

Mik Caqqer

Müğənni, prodüser

BİOQRAFİYA

Ser Maykl Filip (Mik) Caqqer 26 iyul 1943-cü ildə İngiltərənin Dartford şəhərində dünyaya gəlib. Onun ailəsinin incəsənətlə heç bir əlaqəsi olmayıb. Atası Basil Fanshawe "Joe" Jagger (13 aprel 1913 – 11 noyabr 2006) məktəbdə müəllim işləyirdi, anası Eva Ensley Mary (6 aprel 1913 – 18 may 2000) isə bərbər, həmçinin Mühafizəkarlar Partiyasında koordinator idi. Caqqerin kiçik qardaşı Kris Caqqer (19 dekabr 1947) də musiqiçidir. Valideynlər oğlunu iqdisadçı kimi görmək arzusunda idilər. Ona görə də çalışırdılar ki, onu nüfuzlu London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə qəbul etsinlər. Mayklı təhsil çox az maraqlandırırdı. Mahnı oxumaq uşaqlıqdan onun ən sevimli məşğuliyyəti idi və o, ümid edirdi ki, nə vaxtsa böyük səhnəyə gələcək. Caqqerin sözlərinə görə, o həmişə oxumaq istəyirdi və nə qədər ucadan oxuyurdusa ona daha yaxşı idi. O, bir dəfə oxuyan zaman təsadüfən dilinin ucunu dişlədi. Bu məzəli, amma bir o qədər də xoşagəlməz fakt gənc oğlanın rok musiqiçi olmaq istəyini möhkəmləndirdi. 1958-ci ildə dostu Dik Teylorla birlikdə «Little Boy Blue & The Blue Boys» kollektivini qurdu. İki il sonra dəmir yolu stansiyasında uşaqlıq dostu Kit Riçardsla qarşılaşır. Maykl əlində val qalağını tutmuşdu və Kit onunla musiqi haqqında danışmağa başladı. Məlum oldu ki, köhnə dostlar blüzu və rok-n-rollu sevirlər. Riçards gitarada pis ifa etmirdi, ona görə də Caqqer onu yeni yaranmış qrupa dəvət etdi. Tezliklə kollektiv London klublarında və pablarında çıxış etməyə başladı. Rok qrup barabançı Çarli Uotts və basçı Bill Uaymenlə tamamlanaraq «Blues Incorporated» adını aldı. 1962-ci ildə «Marquee» klubunda çıxış edərək, kollektiv üzvləri bəyan etdilər ki, onlar bundan sonra «Rolling Stones» adlanır. Elə bu ərəfədə Maykl Mik Caqqer oldu. «Rolling Stones»un üslubu Çak Berri, Bo Diddli, Robert Conson və Maddi Uoters musiqilərinin təsiri altında formalaşmışdır. Ancaq zamanla onların səslənməsi və səhnə obrazı dəyişməyə başladı və artıq onlar dəbi diktə etməyə başladılar. Kollektivin imicinin hazırlamasında böyük rol Caqqerə məxsusdur. Onun səhnədə yaratdığı obraz unikaldır. Bir vaxtlar yumşaq olmuş qeyri-adi səs, bəzən kobud, şəhvətli təbəssüm, enerjililik, təcavüz, və eyni zamanda əzilib-büzülmə və gicbəsərlik – bütün bunlar «Rolling Stones»un ayrılmaz hissəsi oldu, amma Mik Caqqeri ən məşhur rok musiqiçilərdən biri etdi. 1963-cü ildə qrup musiqi Olimpinə doğru sürətlə hərəkət etməyə başladı. Bir il sonra musiqiçiləri The Beatles ilə bir səviyyəyə qoyurdular. Bir-birinin ardınca müvəffəqiyyətli albomlar çıxmağa başladı: «Aftermath» (1966), «Between the Buttons» (1967). Qrup məşhurluğu təkcə güclü və enerjili musiqinin sayəsində almadı, həm də mahnıların mətnləri ilə məşhurluq qazandı. Caqqer əsərlərində din, mühafizəkarlıq və qadın cinsi üzrə sarsıdıcı zərbələr vurdu. Nihilizm və amansız tənqid onun yaradıcılığının ayrılmaz hissəsinə çevrilmişdir. 1970-ci illərdə Rolling Stones məşhurluğunun zirvəsində olub. Bu albomlar: «Sticky Fingers» (1971) və «Exile on Main St.» (1972) daha sonra «rok kvintessensiyası» adlandırılmışdılar.Musiqiçilər daim qalmaqallarda ləkə yaxmış öz reputasiyasına diqqət yetirmədən irəli gedirdilər. Beləliklə, 1967-ci ildə Miki narkotik saxladığına görə üç ay müddətinə həbs cəzasına məhkum etdilər. Yalnız vəkillərin sayəsində hökm şərtini azad olmaya əvəz etdilər. Caqqer daim KİV-in diqqət mərkəzində idi, axı o, sadəcə kumir deyildi, həm də yeni nəsil üçün əsl Tanrı idi.1980-cı illərdə Rolling Stones qrupu bütün dünya üzrə çıxış edirdi, lakin Mik solo karyerası ilə məşğul olmaq qərarına gəlir. İlk valı «Shes The Boss» (1985) onu uğura apardı və olduqca məşhurluq qazandı. 1987-ci ildə Caqqerin ikinci «Primitive Cool» albomu çıxdı, 1993-cü ildə isə üçüncü «Wandering Spirit» albomu işıq üzü gördü. Bütün bu albomlar böyük uğura malik idi. Mik Caqqer indiyədək «Rolling Stones»un əsas ilham mənbəyi və frontmenidir. Bundan başqa, o, solo karyerasına da son qoymur, 2010-cu ildə isə yeni kollektiv «Superheavy»in üzvü olub. 2016-cı il 2 dekabrda 11 illik aradan sonra «Rolling Stones» ilə tamamilə blüz üslubunda olan «Blue & Lonesome» albomunu çıxardıb. Onun enerjisi təkcə musiqiyə deyil həm də filmə çatır və o, burada da müvəffəqiyyət əldə edib. Viktoriya Perman ilə birgə film istehsalıyla məşğul olan «Jagged Films» adlı kinoşirkət yaradıb. Mik özü də filmlərdə çəkilir. Məsələn, onun iştirakı ilə 2008-ci ildə «Beyker stritdə oğurluq» filmi çıxıb. Caqqerin şəxsi həyatı həmişə qəzetlərin əsas mövzusu idi. Musiqiçi tərəfindən bir dəfə deyilmiş «Seks, narkotik və rok-n-roll» ifadəsi onun coşqun həyatını tamamilə səciyyələndirir. Son zamanlar narkotik və alkoqollardan özünü saxlasa da onun ehtirası azalmır. Mikin sözlərinə görə, onun yatağında 5 min qadın olub. 1971-ci ildə Caqqer, ona qız övladı dünyaya gətirən Byanka De Masiasla evləndi. 8 il sonra Byanka musiqiçidən ayrıldı, o bu addımını ona daim xəyanət etməklə əsaslandırmışdı. O, öz ikinci arvadı Cerri Holl ilə İndoneziyada qarşılaşdı. Onlar uzun müddət qeyri-rəsmi nikahla yaşayırdılar, 1990-ci ildə isə öz münasibətlərini rəsmiləşdirdilər. 1999-cu ildə dağılan bu izdivacdan Caqqerin iki oğlu və iki qızı var. Bundan başqa, onun Marşa Hantadan qızı və Lusiana Himenesdən bir oğlu var. 2001-2014-cü illərdə rokçu model Skott L'Renlə də yaşayırdı. 2014-cü ildən amerikalı balerina Melani Hemriklə qeyri-rəsmi nikahda yaşayır. Melani Hemrik onun 8-ci övladını dünyaya gətirəcək. Övladını dünyaya gətirəndən sonra Hemrik Londonu tərk edərək Los-Ancelesə, yaxud da Konnektikutdakı evinə köçmək niyyətindədir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Mik_Caqqer

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç