Nazir Rüstəmov

Nazir Rüstəmov

Aktyor

BİOQRAFİYA

Nazir Mürsəl oğlu Rüstəmov 12 aprel 1956-cı ildə Ağcabədidə anadan olub. İncəsənət İnstitutunun dram-kino rejissorluğu fakültəsində (1976-1980), Moskvada rejissorluq kurslarında təhsil alıb (1990-1991). 1982-1994-cü illərdə Ağdam Dövlət Dram Teatrında aktyor, rejissor, daha sonra isə bədii rəhbər vəzifəsində işləyib. Müxtəlif illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Füzuli Dövlət Dram Teatrında, Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Dərbənd Dram Teatrında və Ukraynanın Donetsk Dövlət Dram Teatrında aktyor və rejissor olaraq fəaliyyət göstərib. 2003-cü ildən Şuşa Dövlət Musiqili Dram Teatrında ikinci dərəcəli quruluşçu rejissor vəzifəsində çalışır. İşlədiyi müddətdə Sarı Zakir («Şuşa dağlarını duman bürüyüb», Elçin), Həmzə bəy («Dağılan tifaq», Əbdürrəhim bəy Haqverdiyev), Fətəli şah («Güllələnmiş heykəllərin fəryadı», Hüseynbala Mirələmov), Həsənzadə («Sən həmişə mənimləsən», İlyas Əfəndiyev), Yan («Anlaşılmazlıq», A.Kamyu) kimi xarakteristik və yaddaqalan rollar da ifa edib. Quruluş verdiyi tamaşalar: «Kamança» Cəlil Məmmədquluzadə, «Güllələnmiş heykəllərin fəryadı» Hüseynbala Mirələmov, «Sən həmişə mənimləsən», İlyas Əfəndiyev, «Təklif» Anton Pavloviç Çexov, «Durna» Səid Rüstəmov və Süleyman Rüstəm, «Meymunun dəfni» Nurəddin Qənbər, «Anlaşılmazlıq», A.Kamyu. 2005-ci ildə hazırladığı və Vasili Vasilyeviç Svetlovidov rolunda çıxış etdiyi Anton Pavloviç Çexovun «Qu quşunun nəğməsi» tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi «Boş məkanın dolğunluğu» teatr festivalında «Bədii əsərin ən yaxşı səhnə təcəssümü» nominasiyasında diplomla təltif edilib. 120-dən çox tamaşada rol alıb. 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

 Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Nazir_R%C3%BCst%C9%99mov

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç