Rodriqo Qarsia

Rodriqo Qarsia

Rejissor

BİOQRAFİYA

Rodriqo Qarsia – kolumbiyalı kinorejissor, operator, ssenarist və prodüserdir. Məşhur yazıçı Qabriel Qarsia Markesin oğludur. 24 avqust 1959-cu ildə Boqota şəhərində anadan olub. Karyerasını kinooperator olaraq başlayıb. 2000-ci illərdən etibarən rejissor kürsüsünə əyləşərək, öz filmlərini çəkməyə başlayıb. Həmçinin prodüserliklə məşğul olur. Rejissor işlərinə: “Qadın Sirrləri” (2000), “Doqquz can” (2005), “Sərnişinlər” (2008), “Pasiyentlər” (2008-2011), “Ana və övladı” (2010), “Albert Nobbs” (2011) filmləri və serialları daxildir. Həmçinin “Soprano klanı” serialının 5-ci mövsümünün altıncı epizoduna və “Müştəri hər zaman ölüdür” serialının beş epizodunun rejissorudur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B0%D1%80%D1%81%D0%B8%D0%B0,_%D0%A0%D0%BE%D0%B4%D1%80%D0%B8%D0%B3%D0%BE
FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç