Şon Evans

Şon Evans

Aktyor, prodüser

BİOQRAFİYA

Şon Frensis Evans – britaniyalı aktyor, prodüser və rejissordur. Daha çox “İndevor” serialında müfəttiş İndevor Mors rolu ilə məşhurlaşıb. Bundan başqa Tom Hardi ilə birgə 2009-cu ildə çəkildiyi “Əlavə Gəlir” (Take) miniserialında yaratdığı obrazla yadda qalıb. Şon Frensis Evans 6 mart 1980-ci ildə İngiltərənin Mersisayd bölgəsinin Liverpul şəhərində anadan olub. Əslən irlanddır. Şonun atası taksi sürücüsü, anası tibb işçisi olub. Özündən 11 ay böyük qardaşı var. 1991-1998-ci illərdə St.Eduard kollecində oxuyub. Kollecdə oxuduğu illərdə tələbə tamaşalarında səhnəyə çıxıb. 17-18 yaşlarında olanda Londona gəlişinə qədər Milli Gənclər Teatrında dram sənəti üzrə kursları bitirib. Sonra bu istiqamətdə təhsilini Gildhol Musiqi və Teatr Məktəbində davam etdirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Shaun_Evans

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç