Enrike Urbisu
Ssenarist, rejissor
Enrike Urbisu Xaureqi 1962-ci ildə İspaniyanın Bilbao şəhərində anadan olub. “Basklar Ölkəsi” Universitetində informativ elmlər üzrə təhsil alıb. 1987-ci ildə bir neçə qısametrajlı filmdən sonra ilk tammetrajlı filmini “Sənin rəfiqən dəlidir” adlı komediyasını ərsəyə gətirib. 1991-ci ildə Urbisu “Pula görə hər şey” adlı roud-muvi üslubunda macəra filmini çəkib. Sonradan Urbisu Madirdə köçüb və Andres Visent Qomesin prodüserliyi ilə iki komediyanı lentə alıb: 1994-cü ildə “Eyni zamanda bədbəxt və xoşbəxt”, 1995-ci ildə “Qadının buynuzu”. Hər iki komediyanın ssenarisi jurnalist Karmen Riko Qodoyun romanlarının motivləri əsasında hazırlanıb. 1999-cu ildə Artur Peres Revertonun “Kaçito” romanını ekran üçün adaptasiya edib. Roman Polanski ilə birgə yazdığı ssenari əsasında, sonuncu (Polanski) “Doqquzuncu Qapı” adlı mistik trillerini çəkib. 2006-cı ildə Urbisu İspaniya kinoakademiyasının birinci vitse-prezidenti seçilib. 2012-ci ildə “Şərəfsizlərə sülh yoxdur” filminə görə, ən yaxşı ssenari, ən yaxşı rejissor işi və ən yaxşı film nominasiyalarında “Qoya” mükafatı ilə təltif olunub. Hazırda Madrid Universitetində jurnalistika və audiovizual kommunikasiya fakültəsində dərs deyir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D1%80%D0%B1%D0%B8%D1%81%D1%83,_%D0%AD%D0%BD%D1%80%D0%B8%D0%BA%D0%B5