Ceyms Russo

Ceyms Russo

Aktyor, rejissor, prodüser

BİOQRAFİYA

Ceyms Vinsent Russo – amerikalı kino və televiziya aktyoru, rejissor, prodüser və ssenaristdir. Aktyor karyerasını Nyu-York Universitetində tələbə olduğu illərdə başlayıb. Belə ki, öz yazdığı ssenari əsasında “Konfet dükanı” (Candy Store) adlı qısametrajlı filmə çəkilib. Böyük kinoda debütünü 1981-ci ildə “Çikaqo hekayəsi” adlı televiziya filminə çəkilməklə həyata keçirib. Aktyor 1980-ci illərdə, “Beverli Hills polisi” və “Ricmont Hayda dərdsiz günlər” filmlərində oynadığı rollarla məşhurlaşıb. Ceyms Russo karyerası ərzində 140-a yaxın kino və televiziya filminin çəkilişlərində iştirak edib. Onun iştirakı ilə çəkilmiş yüksək reytinqli filmlər arasında “Kotton Klubu” («The Cotton Club»), “Birdəfə Amerikada” («Once Upon a Time in America»), “Mənim şəxsi ştatım Aydaho” («Му Own Private Idaho»), “Ölüm qabağı öpüş”  («А Kiss Before Dying»), “Donni Brasko” («Donnie Brasco»), “Azad Canqo” («Django Unchained»), “Conni D.” («Public Enemies») filmlərini sadalamaq olar. Həmçiin “Las-Veqas”, “Rəqəmlər”, “Mayami polisi: Əxlaq bölməsi”, “Havayi 5.0” kimi seriallara qonaq aktyor qismində dəvət olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/dzheims_russo/
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç