Emmanuel Senye
Aktrisa, müğənni, model
Emmanuel Senye 22 iyun 1966-cı ildə Parisdə (Fransa) tanınmış fotoqraf və jurnalistin ailəsində anadan olub. Qızlar üçün katolik monastırın məktəbində oxuyub. 14 yaşından model karyerasına başlayıb. Gözəl xarici görünüşü sayəsində qısa müddətə populyarlaşıb. Onun fotoşəkilləri əksər jurnalların üz qabığında peyda olub. 1984-cü ildə Senye kinoda debütünü gerçəkləşdirib. “Meduza ili” adlı filmdə epizodik rol oynayıb. 1985-ci ildə rejissor Jan-Lük Qodar Senyeni “Detektiv” adlı filminə çəkib. Emmanuel uşaqlıqdan teatrı sevir. Tanınmış babasının hesabına uşaqlıqdan teatr sənəti ilə tanışdır. Karyerasının əvvəlində böyük üstünlüklə psixoloji triller və dramlara çəkilib. 1997-ci ildə onun üçün tam yeni olan janrda - “İlahiyyat təqibi” adlı komediya melodramında özünü sınayıb. 1998-ci ildə ilk Amerika filminə çəkilib (RPM). Elə həmin il karyerasının ən uğurlu rollarından hesab olunan “Vandom meydanı” lentində rol alıb. Oynadığı rol olan ilk “Sezar” mükafatı nominasiyasını qazandırıb. 2010-cu ildə Senye “Zəruri qətl” filminin çəkilişində iştirak edib, Vinsent Qallo ilə birgə kamera qarşısına çıxıb. 3 sentyabr 2018-ci ildə 75-ci Venesiya kinofestivalının rəsmi konkursu çərçivəsində “Van Qoq” bioqrafik dramının preymerası keçirilib. Həmin lentdə Emmanuel Madam Jinu rolunu oynayıb. Filmin dünya premyerasının 2019-cu ilə planlaşdırıldığı bildirilir. “Vandom meydanı” (1998) və “Xəzli Venera” (2013) filmlərində oynadığı rola görə “Sezar” mükafatına iki dəfə namizəd olub. Emmanuel Senye tanınmış fransız aktyor Lui Senyenin nəvəsidir. Bacısı məşhur fransız aktrisası Matilda Senye, əri tanınmış kinorejissor Roman Polanskidi. Emmanuel Senye rejissor Roman Polanskinin üçüncü həyat yoldaşıdır. Onun çəkdiyi üç tanınmış filmdə, Harrison Fordun iştirakı ilə “Dəlilik həddinə çatmış” (Frantic), Conni Deppin iştirakı ilə “Doqquzuncu Qapı” (Ninth Gate), Matyo Amalrikin iştirakı ilə “Xəzli Venera” filminə çəkilib. Cütlüyün bir qızı və bir oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Emmanuelle_Seigner