Culiya Staylz
Aktrisa
Culiya Ohara Staylz 28 mart 1981-ci ildə Nyu-Yorkda (ABŞ) ibtidai məktəb müəllimi Con Ohara və müstəqil Nyu-York rəssamı Cudit Staylzın ailəsində anadan olub. Staylzın valideynləri, irland, italyan və ingilis əsillidir. Ceyn adlı bacısı, Conni adlı qardaşı var. Culiya uşaq yaşlarından rəqs dərnəyinə gedib. Beləcə onun Şekspirə və müasir teatra həvəsi oyanıb. 11 yaşında olanda La Mama Theatre adlı eksperimental teatrının səhnəsində debüt edib. 2005-ci ildə ingilis ədəbiyyatı ixtisası üzrə Kolumbiya Universitetini bitirib. Karyerasının əvvəlində teatr tamaşalarında iştirak edib, bir neçə reklam çarxına çəkilib. Kinoda atdığı ilk addımları heç də uğurlu saymaq olmaz. Bredd Pitt və Tom Kruzun baş rollara çəkildiyi “Vampirlə müsahibə” filmində Kirsten Danstla balaca vampir roluna əsas namizədlər olsalarda, bu “qarşıdurmadan” Danst qalib ayrılıb. 2000-ci illərin əvvəlində “Yalnız sən və mən”, “Kadr arxası həyat”, “Mənim sonuncu rəqsim”, “Bornun Müəyyən Edilməsi” kimi filmlərə çəkilib. 2003-2004-cü illərdə “Toyaxşamı”, “Karolina”, “Mona Lizanın Təbəssümü”, Şahzadə və Mən”, “Bornun Üstünlüyü” kimi yüksək reytinqli filmlərə çəkilib. 2010-cu ildə Culiya Staylz “Dekster” serialının beşinci mövsümündə baş qadın rollarından olan Lümen Pirs rolunu oynayıb. 2012-ci ildə ekranlara Culiyanın iştirakı ilə beş film o cümlədən “Faciənin əks sədası”, “Mənim sevgilim dəlidir” filmləri çıxıb. 2012-2014-cü illərdə “Blu” adlı veb-seriala çəkilib. Həmin serialda Culiya 13 yaşlı oğlunu təkbaşına böyüdən, səhərlər ofisdə çalışan, gecələr isə fahişəlik edən ana rolunu oynayıb. Həmin rola görə IAWTV Awards mükafatına layiq görülüb (2013 və 2014-cü illərdə). 3 yanvar 2016-cı ildə operator köməkçisi Preston Cey Kukla nişanlandığını elan edib. 2017-ci ilin sentyabr ayında onlar ailə qurublar. 20 oktyabr 2017-ci ildə Stramer Nyukomb Kuk adlı oğlu doğulub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Julia_Stiles