Entoni Mingella
Rejissor, ssenarist, prodüser
Entoni Mingella 6 yanvar 1954-cü ildə İngiltərənin Uayt adasında italyan mühacirlərin ailəsində anadan olub. 80-ci illərdə BBC telekanalında yayımlanan “Grange Hill” uşaq serialının redaktoru olub. Daha sonra “Nağılbaz” serialının müxtəlif epizodlarının ssenarisini yazıb. Populyar uşaq telefilmi olan “İnspektor Mors” filminin ssenari müəllifi olub. 1984-cü ildə Londonun Teatr Tənqidçiləri Assosasiyası Mingellanı parlaq gələcəyi olan böyük rejissor adlandırıb. “İngilis pasiyenti” (1996) filminə görə, “ən yaxşı rejissor nominasiyasında” “Oskar” mükafatına layiq görülüb. Mingella xoreoqraf Karolin Çoxa ilə evli olub. Qardaşı Dominik Mingella da kino sahəsində çalışır, ssenaristdir. Oğlu Maks Mingella aktyor olub. Entoni Mingella 2008-ci ildə boğazında olan xərçəng şişinin kənarlaşdırılması ilə bağlı ağır əməliyyatdan bir müddət sonra vəfat edib. Son işi “Nyu-York səni sevirəm” filmi olub. Film üzərində çalışanlar ekran əsərini onun xatirəsinə ithaf edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D0%BD%D0%B3%D0%B5%D0%BB%D0%BB%D0%B0,_%D0%AD%D0%BD%D1%82%D0%BE%D0%BD%D0%B8