Sol Zaents

Sol Zaents

Prodüser

BİOQRAFİYA

Sol Zents 28 fevral 1921-ci ildə Nyu-Cersidə Rusiyadan mühacirət etmiş yəhudi ailəsində anadan olub. İkinci dünya müharibəsi iştirakçısıdır. Təxris olunduqdan sonra cazz təməayüllü “Fantasy Records” şirkətində işləməyə başlayıb. 1967-ci ildə studiyanı satın alıb. Ancaq müəllif hüquqları ilə bağlı məhkəmə çəkişmələrindən sonra musiqi biznesini tərk edib və Fantasy Records şirkətindəki bütün payını satıb. 1970-ci illərdən etibarən kinofilmlərin prodüserliyi ilə məşğul olur. Onun filmləri üç dəfə “Oskar” və “Qızıl Qlobus” mükafatı qalibi olub: “Ququ quşu yuvasının üzərindən uçarkən” (1975), “Amadey” (1984), “İngilis pasiyenti” (1996). Bundan başqa “Qoya kabusları”, “Üzüklərin hökmdarı” kimi yüksək reytinqli lentlərə prodüserlik edib. 1976-cı ildə yazıçı Tolkinin varislərindən 15 milyon dollara atalarının istənilən əsərinin ekranizasiyası üçün müstəsna hüquqlara sahib çıxıb. Daha sonra “Hobbit” və “Üzüklərin hökmdarı” silsiləsindən olan bütün filmləri ərsəyə gətirən “Tolkien Enterprises” şirkətini təsis edib. Üçqat “Oskar” mükafatı laureatıdır. Ölümünə qədər Middle-Earth Enterprises şirkətinin sahibi olub. Yazıçı Con Tolkinin “Hobbit” və “Üzüklərin hökmdarı”  kitablarının bütün personajları, adları və kitablarının müstəsna müəllif hüquqlarına malik olub. 3 yanvar 2014-cü ildə vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%97%D1%8D%D0%BD%D1%86,_%D0%A1%D0%BE%D0%BB

 

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç