Cim Teylor

Cim Teylor

Ssenarist, prodüser

BİOQRAFİYA

Cim Teylor – amerikalı prodüser və ssenaristdir. Başlıca olaraq rejissor, ssenarist Aleksandr Peynlə duet şəklində fəaliyyət göstərir. Onlar Santa Monika şəhərində “Ad Hominem Enterprises” şirkətini təsis ediblər, 1996-2007-ci illər ərzində 6 filmin ssenarisini birlikdə yazıblar. Həmin filmlər: “Vətəndaş Rut” (1996), “Bambılı” (1999), “Yur dövrünün parkı 3” (2001), “Şmidt haqqında” (2002), “Uçurum astanasında” (2004) və “Çak və Larri: Yanğınsöndürənlərin toyu” (2007). Onun prodüser işlərinə “Qadınbaz deyiləm” və “Nəsillər” filləri daxildir. Teylor Belvyu orta məktəbini bitirib. 1984-cü ildə Pomon kollecinin liberal incəsənət məktəbinin məzunu olub. Teylor 1987-ci ildən etibarən Cannon Films şirkətinə işləməyə başlayıb. Avery Foundation fondunun qrantı əsasında Çinə səfər etdikdən sonra Los-Ancelesə qayıdıb və 3 il İvan Passerlə birlikdə çalışıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%B5%D0%B9%D0%BB%D0%BE%D1%80,_%D0%94%D0%B6%D0%B8%D0%BC

 

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç