Qeri Makkendri

Qeri Makkendri

Rejissor, ssenarist

BİOQRAFİYA

Qeri Makkendri – irlandiyalı rejissor və ssenaristdir. Şimali İrlandiyanın Antrim Qraflığının Ballikler şəhərində dünyaya göz açıb. Makkendri bir il ərzində Belfast İncəsənət Kollecində oxuyub, daha sonra Londonun St.Martin Mərkəzi İncəsənət və Dizayn Kollecinə daxil olub. İncəsənət və kino üzrə bakalavr dərəcəsi əldə edib. Avstraliyaya köçənə qədər Londonda raskadrovka rəssamı vəzifəsində çalışıb. Avstraliyada televiziyada reklamların bədii rəhbəri olub. Bir müdddətdən sonra ona “Chiat/Day” reklam agentliyində iş təklif olunub və o Nyu-Yorka köçüb. 2004-cü ildə Makkaendri “Bu ölkədə hər şey olar” adlı ilk qısametrajlı filmini lentə alıb. Film 2005-ci ildə “Oskar” mükafatına namizəd olur. Həmin filmin uğuru hesabına “Peşəkar” (Killer Elite, 2011) adlı ilk tammetrajlı bədii filmini çəkib. Debüt işində Robert De Niro, Ceyson Steytem, Klayv Ouen, Dominik Pörsell kimi ulduzlar baş rollara çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://kino-teatr.ua/person/mckendry-gary-4068.phtml

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç