Piter Lepeniotis

Piter Lepeniotis

Rejissor, ssenarist

BİOQRAFİYA

Piter Lepeniotis – yunan əsilli kanadalı rejissor, ssenarist, prodüser və animatordur. Daha çox “Çərəz Mərəzi” cizgi filmi və onun sikvelinin rejissoru kimi şöhrət qazanıb. Həmçinin “Bolt və Blip adlı robotlar” serialının yaradıcılarındandır. Piterin yaradıcılıq yolu 1990-cı illərin sonlarından başlayıb. 1995-ci ildə animator olaraq “Kasper” cizgi filmində debüt edib. 1999-cu ildə Con Lasseterin macəra janrında olan “Oyuncaq Nağılı 2” animasiyasının yaradılmasından iştirak edib. Daha sonra Uolt Disney şirkətinin “Fantaziya 2000” adlı musiqili cizgi filminin üzərində çalışıb (animator köməkçisi kimi). Həmin film ən yaxşı animasiya xüsusi effektləri nominasiyasında “Emmi” mükafatına layiq görülüb. Bir ildən sonra Lepeniotis vizual effektlər üzrə mütəxəssis kimi “Dinozavr” cizgi filmi və rejissor Çak rasselin “Xilas et və qoru” trilleri və Antuan Fukuanın “Tələ yemi” adlı trillerinin çəkilişlərində iştirak edib. 2005-ci ildə öz yazdığı ssenari əsasında “Qaşqabaqlı dələ” adlı qısametrajlı cizgi filmini çəkməklə rejissor debütünü gerçəkləşdirib. Bir neçə il sonra növbəti qısametrajlı cizgi filmini hazırlayıb, film sonradan “Çərəz-Mərəzi” adlı tammetrajlı animasiya şəklində istehsal olunub. Cizgi filminin ssenaristlərindən biri özü olub. Eyni zamanda cizgi filminin sikvelinə rejissorluq edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://kino-teatr.ua/person/lepeniotis-peter-6332.phtml

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç