Metyu Neybl

Metyu Neybl

Aktyor, ssenarist

BİOQRAFİYA

Metyu Neybl 8 mart 1972-ci ildə Sidneydə (Avstraliya) anadan olub. Uşaqlığı Sidneyin şimal çimərliklərində keçib. Hərbçi atasının Portsiyə ezam olunmasından sonra iki ilini orada keçirib. Atası həmçinin reqbi komandasının məşqçisi olub. Qardaşı Adam Neybl peşəkar reqbi oyunçusuna çevrilib. Metyu “Bukerov mükafatı” laureatı olan yazıçı Tomas Kennilidən ilhamlanaraq, öz yazdığı roman əsasında “Sonuncu qış” adlı filmə ssenari yazıb. Dostları ilə birgə 1, 6 milyon dollar əldə etdikdən sonra, həmin filmin çəkilişləri üzərində işə başlayıb. Ekran əsəri 2007-ci illərdə ekranlara yol tapıb. Kassa uğursuzluğuna düçar olsa belə, tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Birləşmiş Ştatlara gəldikdən sonra “S.I.S” telefilmində Los-Anceles xəfiyyəsi rolunda çıxış edib. 2009-cu ildə “Biz daha burada yaşamırıq” adlı kitabı dərc olunub. 2011-ci ildə isə “Buludlardakı simalar” adlı ikinci kitabı işıq üzü görüb. Daha sonra Neybl Mettyu Consonla televiziyada əməkdaşlığa başlayıb. “Channel 7” telekanalında reqbiliq haqqında komediya proqramının ssenaristi olub. 2011-ci ildə Klayv Ouen, Robert De Niro, Ceyson Stetem və Dominik Pörsellə birlikdə “Peşəkar” adlı döyüş filminə çəkilib. 2012-ci ildə “Baykerlər: Silahdaşlar”  teleserialında görüntülənib. Elə həmin il başqa avstraliya serialı “Kriminal Avstraliya”ya çəkilib. 2013-cü ildə “Riddik” filmində mərkəzi rollardan biri ona həvalə olunub. 2014-cü ildə Yuven Makqreqorla birlikdə “Silahın oğlu” filmində rol alıb. 2017-ci ildə onun iştirakı ilə “1%” adlı bədii filmin təqdimatı keçirilib. “Uinfild kuboku” premyer liqasında (Menli Uorrinq Si İqls və Saut Sidney Rebbitouz klublarında çıxış edib) keçirdiyi oyunlardan sonra 2007-ci ildə reqbi haqqında “Sonuncu qış” adlı filmə ssenari yazıb. Daha sonra kino və teleseriallara çəkilməyə başlayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Matthew_Nable

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç