Lone Şerfiq

Lone Şerfiq

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Lone Şerfiq 2 may 1959-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə anadan olub. Atasının əmisi tanınmış danimarkalı yazıçı Hans Şerfiqdir. 1984-cü ildə Danimarka Milli Kino Məktəbini bitirib. Məzun olduqdan sonra bir müddət televiziyada çalışıb. “Təzə başlayanlar üçün İtalyan dili” (2000) adlı romantik komediyasının rejissoru kimi məşhurlaşıb.  Həmin film ona bir neçə prestijli kinomükafat o cümlədən “Gümüş ayı” (Berlin Kinofestivalında ) mükafatı qazandırıb.  Ekran əsərinin fantastik uğurundan sonra ingilis-dilli kinofilmlər çəkməyə başlayıb. 2009-cu ildə lentə aldığı “Hisslərin tərbiyəsi” adlı dramı bir neçə nominasiya üzrə “Oskara” namizəd olub, BAFTA mükafatına layiq görülüb. 2011-ci ildə Enn Heteueyin iştirakı ilə “Bir gün” romantik dramı ekranlara çıxıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B5%D1%80%D1%84%D0%B8%D0%B3,_%D0%9B%D0%BE%D0%BD%D0%B5

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç