Tom Mison

Tom Mison

Aktyor, ssenarist

BİOQRAFİYA

Tomas Ceyms “Tom” Mison – ingilis aktyor və ssenaristdir. Daha çox “Yuxulu dərə” teleserialında İkabod Kreyn rolu ilə tanınır. Mison 23 iyul 1982-ci ildə İngiltərənin Sürrey bölgəsinin Uokinq şəhərində dünyaya göz açıb. Vebber-Duqlas Dram İncəsənət Akademiyasında təhsil alıb. 2004-cü ildə təhsil ocağını fərqlənmə ilə bitirərək, “Ser Con Qilqard Trast adına” mükafatla təltif olunub. 2001-ci ildə tələbə olduğu vaxtda, Amerika Gənclər Teatr Konservatoriyasının aktyorluq proqramında iştirak edib. 2008-ci ildə Mison və Rupert Frend “İntiharçı-qardaşlar haqqında uzun və qəmgin saqa” adlı qısametrajlı filmə ssenari yazıb, elə özləri də baş rolları ifa ediblər. Məşhur aktrisa Kira Naytli isə Feya roluna çəkilib. Filmin premyerası 2009-cu ildə Londonda baş tutub. Mison aktyorluqdan savayı teatr üçün pyeslər yazır. 2014-cü ildə Şarlotta Koyla ailə qurub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D1%81%D0%BE%D0%BD,_%D0%A2%D0%BE%D0%BC

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç