Pol Attanasio

Pol Attanasio

Ssenarist

BİOQRAFİYA

Pol Attanasio 14 noyabr 1959-cu ildə Nyu-York şəhərində (ABŞ) dünyaya gəlib. Harvard məktəbini ardınca isə Harvard Universitetinin hüquq fakültəsini bitirib. 1984-1987-ci illərdə “Washington Post” qəzetində kinotənqidçi işləyib. Ssenarist debütünü 1989-cu ildə gerçəkləşdirib; “Doctor Doctor” sitkomunun bir seriyasının ssenarisini yazıb. 1993-1999-cu illərdə Attanasio “Öldürücü şöbə” polis serialının yaradılmasında iştirak edib və əsas ssenaristlərindən biri olub. Bir neçə blokbaster filmə, o cümlədən Al Paçino və Conni Deppin baş rollarda çıxış etdiyi “Donni Brasko” bioqrafik kriminal dramına ssenari yazıb. 2004-cü ildə “Doktor Haus” serialının prodüseri olub. Şəxsi həyatına gəlincə prodüser Keti Ceykobsla evlidir. Ər-arvad birlikdə Heel and Toe Films şirkətini təsis ediblər. Qardaşı Mark Attanasio zəngin biznesmen və “Millouki Brüers” beyzbol komandasının sahibidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D1%82%D1%82%D0%B0%D0%BD%D0%B0%D1%81%D0%B8%D0%BE,_%D0%9F%D0%BE%D0%BB

 

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç