Mayk Nyuell

Mayk Nyuell

Rejissor, prodüser, aktyor

BİOQRAFİYA
Mayk Nyuell - britaniyalı kino və televiziya rejissorudur. “Dörd toy və bir dəfn”, “Harri Potter və Od kuboku” və “Persiya şahzadəsi: Zaman qumu” filmləri ilə tanınır. Mayk Nyuell rejissorluğa 60-cı illərdə britaniya televiziyasında başlayıb. 1985-ci ildə “Naməlumla rəqs” filmi rejissora uğur gətirib və Kann kinofestivalının mükafatını alıb. 1994-cü ildə çəkdiyi “Dörd toy və bir dəfn” komediyası ona iki “Oskar” mükafatı nominasiyası və Britaniya kino akademiyasının dörd mükafatını, “Qızıl Qlobus” mükafatını və 250 milyon dollar gəlir qazandırır. O 1997-ci ildə “Donni Brasko” kriminal dramını çəkib. Növbəti işi “Mona Lizanın təbəssümü” dramı olub. Bundan sonra “Harri Potter və Od kuboku” filminin rejissor işini Nyuellə həvalə edirlər. 2007-ci ildə Mayk Nyuell yeni blokbasterin “Persiya şahzadəsi: Zaman qumu” video oyununu ekranlaşdırıb. 2013-cü ildə Dikkensin - “Böyük ümidlər” əsərinin adaptasiyasının premyerası baş tutub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mike_Newell_(director)
FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç