Maykl Medsen
Aktyor, prodüser
Maykl Soren Medsen (Michael Soren Madsen) – amerikalı aktyordur. Karyerası ərzində 170 dən çox bədii/televiziya filmi və seriala çəkilib. Daha çox “Quduz köpəklər” (1992), “Donni Brasko” (1997), “Bili öldürmək” (2004), “Günahlar şəhəri” (2005), “Yaramaz səkkizlik” (2015) və digər filmlərdə canlandırdığı antoqonist obrazlarla məşhurlaşıb. Maykl Medsen 25 sentyabr 1958-ci ildə Çikaqoda Kelvin Medsen və dramaturq Eleyn Medsenin ailəsində dünyaya göz açıb. Böyük bacısı Şeril Medsen Viskonsin ştatında restoran sahibidir. Kiçik bacısı Virciniya Medsen aktrisadır. Maykl Danimarka, irland və hind əsillidir. Aktyor olmazdan əvvəl sənətdən çox uzaq olan çox sayda peşələrdə bəxtini sınayıb, rəngsaz, avtomçilingər, sanitar, yanacaqdoldurma məntəqəsinin işçisi və sair vəzifələrdə olub. Yeniyetməlik dövründə rejissor Martin Brestlə tanış olub. O Maykla özünü aktyorluq sənətində yoxlamağı məsləhət görüb. Medsen bu sənətdə ilk addımlarını teatr səhnəsində atır. Con Malkoviçin rəhbərliyi altında Steppenwolf Theatre Company adlı Çikaqo şəhər teatrında çalışır. 1980-ci illərin ikinci yarısından etibarən kinolarda epizodik rollarda görüntülənib. 1989-cu ildə “Məni bir daha öldür” adlı trillerdə anlaqsız qatil Vins rolunu ifa edib. Daha sonra rejissor Ridli Skottun “Telma və Luiza” adlı dramında ədəbaz Cimmi Lennoks rolunda çıxış edib. Simasında və hərəkətlərində sezilən kin və bir qədər dəlisovluq onu Hollivudun ən tələb olunan aktyorlarından birinə çevirib. Bu dəsti-xəttə başlıca olaraq rejissor Kventin Tarantino öz ekran əsərlərində üstünlük verir. Onun “Quduz itlər” adlı kriminal dramında sadist “cənab sarışın” rolunu ifa edib. Həmin rol Medsenə böyük şöhrət qazandırıb, aktyor öz peşəkar oyunu ilə tənqidçilərin etimadını doğurub. Tarantino ilə əməkdaşlığı 2010-cu illərdə də davam edib. Belə ki, ekstravaqant rejissor onu “Yaramaz səkkizlik” adlı vesterninə Co Qeyc roluna çəkib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D1%8D%D0%B4%D1%81%D0%B5%D0%BD,_%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB