Alexandro Qomes Monteverde

Alexandro Qomes Monteverde

Ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Xose Alexandro Qomes Monteverde 13 iyul 1977-ci ildə Meksikanın Tampiko şəhərində dünyaya göz açıb. Daha çox  “Bella” (2006) və “Balaca Oğlan” (2015) filmlərinə görə tanınır. IMDB məlumat bazasına görə karyerası ərzində ümumilikdə 9 filmin prodüseri, 7 filmin rejissoru olub və 7 filmə ssenari yazıb. “Bella” adlı ilk tammetrajlı bədii filmi 2006-cı ildə Toronto Beynəlxalq Kino festivalında iştirak edib və “Peoples choise” kateqoriyası üzrə qalib gəlib. Növbəti uğurlu layihəsi İkinci Dünya müharibəsi dövrünə aid “Balaca Oğlan” bədii filmi sayılır. Sözügedən ekran əsəri 2015-ci ildə böyük ekranlara çıxıb. Monteverde 2006-cı ildə aktrisa Ali Landri ilə ailə qurub. Cütlüyün 3 övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Alejandro_G%C3%B3mez_Monteverde

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç