Cessika Launds
Aktrisa
Cessika Süzan Launds 8 noyabr 1988-ci ildə Vankuver şəhərində (Kanada) anadan olub. Valideynləri ingilis, Ukrayna və alman əsillidir. Ailədə özündən kiçik bacısı var. Ailə üzvləri və dostları onu Cessi adlandırır. Cessika “Atlantik Akademiya” xristian məktəbində oxuyub. 2006-cı ildə məktəbi bitirdikdən sonra Los-Ancelesə köçüb. 2008-ci ildə “90210: Yeni nəsil” serialında birlikdə çəkildiyi aktyor və model Adam Qreqori ilə görüşüb. 2009-cu ildən etibarən aktyor Aaron Polla vətəndaş nikahında olub. Poldan ayrıldıqdan sonra bir neçə il tənha qalıb 2012-ci ildən idmançı Ceremi Blumla görüşməyə başlayıb. Tərəflər 2013-cü ilin əvvəlində yollarını ayırıb. Daha sonra Cessika reqbi oyunçusu Tom Evansla eşq macərası yaşayıb. 2009-cu ildə "People" jurnalı aktrisanın adını makiyajsız ən gözəl qadınların siyahısına daxil edib. 2011-ci ildə isə BuddyTV versiyasına görə televiziyanın 100 ən cazibədar qadını reytinqində 58-ci yerdə göstərilib. Aktrisa olmaq fikrinə təsadüfən anası ilə mollda alış veriş edən zaman gəlib. Həvəsə düşən Cessika filmlərdən birinin kastinqində iştirak edib. Sınaqlardan keçməsə də, agentliklərdən birinin diqqətini cəlb edib. Çox keçmədən 2005-ci ildə “Millinin xilas edilməsi” adlı televiziya filmində debütünü gerçəkləşdirib. “90210: Yeni nəsil” serialında oynadığı narkoman şagird Adrianna Tueyt-Dunkan rolu ilə məşhurlaşıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B0%D1%83%D0%BD%D0%B4%D1%81,_%D0%94%D0%B6%D0%B5%D1%81%D1%81%D0%B8%D0%BA%D0%B0