Kolin Odonohyu

Kolin Odonohyu

Aktyor

BİOQRAFİYA

Kolin Artur Odonohyu— irlandiyalı aktyor və musiqiçidir. "Biri var idi, biri yox idi" serialında oynadığı Kapitan Kilian ”Huk” Cons rolu ilə tanınır. Bundan başqa 2011-ci il istehsalı olan "Ayin" filmində kahin Maykl Kovak rolunu ifa etmişdi. Kolin Con və Meri Odonohyunun oğludur və o İrlandiyanın Droqeda şəhərində Roma-Katolik kilsəsi ailəsində böyüyüb. O yerli məktəblərdə təhsil aldıqdan sonra Dublinə getdi və burada The Gaiety School of Acting kollecinə daxil oldu. 16 yaşı olarkən fransız dilini öyrənmək üçün Parisə gedir. Kolinin ilk karyera illəri İrlandiya və İngiltərədə teatrda və televiziya seriallarında rol almaqla başlayıb. 2003-cü ildə "Krismas üçün ev" filmində oynadığı Norman roluna görə "Ən yaxşı yeni istedad" nominasiyası üzrə İrland Film və Televiziya Mükafatına layiq görülüb. 2009-cu ildə "Tudorlar" adlı tarixi serialın 3-cü mövsümündə "Bavariadan olan Duk Filip" adlı seriasında rol alıb. Hollivuddakı ilk film debütünü Antoni Horpinks ilə "Ayin" (2011) filmi ilə edib. O kastinq üçün özünün kastinq videosunu Droqedada dostunun studiyasında hazırlayır və ABŞ-a göndərir. 2003-cü ildə fəaliyyətə başlamış "The Enemies (Düşmənlər)" adlı musiqi qrupunun üzvüdür və qrup üçün mahnı oxuyur və gitara çalır. 2012-ci ildə ABC-nin hit serialı olan "Biri var idi, biri yox idi" serialının ikinci mövsümünə kapitan Huk roluna seçildi. 2014-cü ildə o "Qum Fırtınası" filmində əsas rol olan musiqiçi Brennan roluna çəkilib. Filmin çəkilişləri Tennessi ştatının Neşvill şəhərində baş tutur. Kristina Perri Kolinin "Biri var idi, biri yox idi" serialındakı yaratdığı Kapitan Huk obrazı üçün "The Words (Sözlər)" adlı mahnı yazır. Kolin 5 nəfərdən ibarət olan "The Enemies" (Düşmənlər) adlı irland musiqi bandının üzvü olub. Bu band o və yaxın dostu Ronan Makqullian tərəfindən 2003-cü ildə yaradılır. Band özlərinin ilk albomunu 7 mart 2011-ci ildə satışa çıxartdılar.  Band "Coca-Cola"nın "5BY20" lahiyəsi üçün mahnı hazırlayıb. Kolin 2009-cu ildə məktəb müəlliməsi olan Helena ilə "Tudorlar" serialından sonra evlənib. Cütlüyün bir oğlu və bir qızı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Kolin_O%E2%80%99Donoqu

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç