Eri Hendel
Ssenarist, prodüser
Eri Hendel – İsveçrəli/Amerikalı neyrobioloq, kino prodüseri və ssenaristidir. Harvard Dunster House-da dostlaşdığı rejissor Darren Aronofski ilə birgə “Nuh” və “Fəvvarə” filmlərinə yazdığı ssenariyə görə tanınır. Həmçinin “Aronofski”nin 3 digər filmi “Restler”, “Qara qu quşu” və “Ana” dramlarına prodüserlik edib. Hendel Massaçusetsdə yəhudi ailəsində böyüyüb. Atası İsveçrədə ali təhsil aldığı üçün Sürixdə doğulub, orada ömrünün cəmi bir ilini keçirib. Bostonda ali təhsil alıb. Nyu-York Universitetində neyrobioloq ixtisası üzrə ali təhsil alıb. İki yol – elm və kinematoqrafiya qarşısında qalan Hendel sonda peşə olaraq ssenaristliyi və prodüserliyi seçib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ari_Handel